Azərbaycan və Rusiyada neft sənayesinin
inkişafında Azərbaycan neft milyonçularının Hacı Zeynalabdin
Tağıyevin (1838-1924), Musa Nağıyevin (1848-1919), Şəmsi Əsədullayevin (1840-1913),
Əjdər bəy Aşurbəyovun (1855-1921), İsabəy Hacınskinin (1860-1919), Murtuza
Muxtarovun (1865-1920) böyük xidmətləri olmuşdur. 19-cu yüzilin sonu 20-ci yüzilin
əvvəllərində Bakıda bir neçə məhşur xarici şirkət də (Nobel qardaşları,
Rotsşildlər, Şibayev və
s.) fəaliyyət göstərmişdir.
Bunlar arasında Nobel ve Rotşildlər şirkəti daha məhşur idi.
Rusiyada və bütün Müsəlaman dünyasında tanınmış və dəyərli neft milyonerlərindən biridir. Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində anadan olmuşdur. Bənnalıqdan milyoner ticarət adamına qədər çətin, ama şərəfli bir yol qət etmişdir. 1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. 1875-ci ililində əsası qoyulmuş “H.Z.Tağıyev” firması güçlü neft sənaye birliyine çevrilmiş ve 25 il müddətində neft işinin bütün sahələrində fəaliyyət göstərmişdir. Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qız məktəbi tikdirir. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cu ildə hazır olur. Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur. Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım. İkinci arvadı məşhur general-leytenant Balakişi Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd «Dikaya diviziya»nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür. Tağıyev Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 86 yaşında vəfat etmiş və sentyabırın 4-də dəfn edilmişdir.
Digər Bakı milyonçuları kimi o da yoxsul ailədən çıxmışdı, adi bir saman satanın oğlu
idi. 1848-ci ildə Biləcəridə anadan olmuşdu. Sonralar varlanan Ağa Musa
var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən heç də geri qalmırdı. Hətta ondan zəngin
idi. Musa Nağıyevin var-dövləti on milyonlarla qızıl pula çatmışdı. “Cəmiyyəti-xeyriyyə”
üçün şəhərin mərkəzində əzəmətli “Ismailiyyə” binasını ucaltmağına, bu mülkdən
bir qədər yuxarıda Realnı məktəbin inşasını öhdəsinə alıb yarımçıq qalmış
üçüncü mərtəbəsinin xərcini ödəməsinə, şəhər kənarında keçmiş Semaşko xəstəxanasını
tikdirməyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə və digər çoxlu xeyriyyə
işləri görməyinə baxmayaraq, camaat onu xəsis adıyla damğalamışdı. Ağa Musa
cavanlıqda üç-beş qəpiyə ona-buna şələ daşıyırmış; zəhmət-əmək hesabına pul
yığıb əvvəl Balaxanıda neft təbəqələri dayazda yerləşən, quyu qazdırmaq nisbətən
asan olan yerdə balaca sahə aldı. Gecə-gündüz quyu qazanların yanından çəkilmir,
heç kimi bekar qalmağa, hədər vaxt itirməyə qoymurdu. Nəhayət, tale üzünə gülür, quyu fontan vurur,
şələçi Musa dönüb olur Ağa Musa, milyonçu Ağa Musa Nağıyev. 1893-cü ildə qonşu
Sabunçuda, sonra Ramanada mədən salır. O zamanlar ən zəngin hesab edilən
Bibiheybət dərəsində, Naftalan körfəzi sahilində mədən ələ keçirir. Qazılan
quyuların hamısı güclü fontan vurur. Çox keçmir ki, Ağa Musa Suraxanıda da mədən
salır. Qaraşəhərdə xüsusi neftayırma zavodu tikdirir, öz mədənlərində alınan
neftdən başqa həm də kənar neftxudalar üçün neft təmizlətdirib haqqını alır.
Mexaniki emalatxana düzəltdirir.XIX əsrin lap sonlarında Ağa Musa “Neftçıxarma
firması” yaradır. Şəhərdə çoxlu mülk tikdirir və alır, yüzə qədər əzəmətli bina
və neçə-neçə gəmi sahibi olur. O, uzun müddət Bayır şəhərdə, Qasım bəy məscidinin
arxasında Zərgərlər küçəsi ilə Gimnazist (L.Tolstoy) küçəsinin tinində ikimərtəbəli,
səkili binada yaşayırdı. Ağa Musanın müsəlman arvadından bir oğlu - Ağa Ismayıl
və beş qızı vardı. Qızlardan Ümmülbani Bakı neftxudalarından biri Şəmsi Əsədullayevin
böyük oğlu Mirzə Əsədullayevin arvadı idi.Ağa Musa ağır, üzüntülü xəstəlikdən sonra
1919-cu ilin aprel ayında vəfat etdi.
Bakıda neft
sənayesinin görkəmli nümayəndələrindən biri də Şəmsi Əsədullayev olub. Onun adı
həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilib. Şəmsi Əsədullayev neftin
Rusiyaya daşınmasında buxar gəmisindən ilk istifadə edən milyonçu olaraq tarixə
düşüb.Şəmsi Əsədullayev 1840-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur.
O da bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdı. Cavanlıqda kənddə
atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman
salır, bir sözlə, hər şeydə atasına kömək edirdi. Bu illərdə əmircanlıların əsas
taxıl yerləri Suraxanı torpaqlarında idi. XIX əsrin əvvəllərində neft sənayesinin
inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi
Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən
Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanıda - Atəşgahın
yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxanı və
Əmircan kəndinin sakinləri neft mədənlərində işləməyə məcbur oldular. Şəmsi Əsədullayev
də əkinçiliyi buraxaraq, neft işinə başladı. O, 1860-cı ildə Kokorevin yanında
işlər müdiri vəzifəsinə yüksələ bildi. Bir müddətdən sonra Əsədullayev neft və
duz podratçılığı ilə məşğul olmağa başladı. 15 il ərzində xeyli qazanc əldə
etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açdı. 1890-cı illərdə
neft işi ilə məşğul olan bir neçə nəfərlə birlikdə şirkət qurdu. Əldə edilən
neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nahayət,
1891-ci ildə neftin Xəzər vasitəsilə daşınması sahəsində, Bakı neft kapitalistləri
içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş
verdi. Onun 1895-ci ildə təzə aldığı torpaq sahələrinin birində neft fontan
vurur. Fontan 56 gün davam edir. Bu yataq hər gün 1 milyon 600 min pud neft verirdi.
Əsədullayevin neft hasilatı artdıqca onun Moskvada, Polşada, habelə Orta Asiyada,
Iranda neft anbarlarının sayı artırdı. Camaat arasında Şəmsi Əsədullayevə “Nobel qardaşlarının qənimi” deyirdilər.
Çünki bütün Rusiyada, Türküstanda, Iranda, hətta Finlandiyada belə, Nobellərin dükanı
və kontorları ilə üzbəüz, ya da yanaşı, kontor və dükan açıb Nobellərdən ucuz qiymətə
neft satır və ona mane olurdu. Oktyabr ayının axırlarında Volqada naviqasiya bağlananda
Bakıda neftin qiyməti xeyli aşağı düşürdü. Böyük neft sahibkarları, o cümlədən
Şəmsi bəy də xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurur, yazda naviqasiya
açılanda Rusiyaya daşıtdırardı.
Şəmsinin
Bakıda bir müsəlman, Moskvada isə Mariya Pavlovna adlı bir rus arvadı, iki oğlu
və qızı vardı. Mariyanın atası çar ailəsinə yaxın senator idi. Bakı neftinin
tükənməz qızılı, bir də qohum senatorun köməyilə bağlı qapılar Şəmsinin üzünə
taybatay açılırdı. Bütün bunların hesabına Peterburqda Neva çayı sahilində, Qış
sarayı yaxınlığındakı məhəllədə əzəmətli bina ucalda bilmişdi. Moskvada Mariya
üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı. Hər il
Avropa şəhərlərinə, yaylaqlarına istirahətə, səyahətə gedirdilər.Şəmsi qış
aylarını çox vaxt Moskva və Peterburqda yaşayar, tacirlərlə müqavilələr
bağlayar, Novruz qabağı Bakıya qayıdar, satdığı nefti müştərilərə yola salardı.Şəmsi
Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi
və əzəmətli tağvari qapısı ilə fərqlənirdi. Bağ XIX əsrin axırlarında
salınmışdı. Sovet hökuməti bu bağı müsadirə edib, sanatoriyaya çevirmişdi. Əsədullayev
1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onu
yaxınları Bakıda dəfn ediblər.Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin
qızı, kiçik oğlu Əli isə H.Z.Tağıyevin Leyla adlı qızı ilə evlənmişdilər. Qızı
Sara atasının işlər müdiri Zal Həsənovun həyat yoldaşı olub.
Murtuza
Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub. O da Bakının bir sıra milyonçuları
kimi adi fəhlədən neft maqnatı səviyyəsinə yüksəlmişdir. Uzun müddət malakeşlik
etdikdən sonra araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdur.
Qara qızıl fontanları nəhayət onun da üzünə gülərək, əlini milyonlara
çatdırmışdır. Muxtarovun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının
inkişafı ilə bağlıdır. Muxtarov diplomsuz neft mühəndisi kimi şöhrət tapmış, Azərbaycan
neft sənayesi tarixinə özünün ixtirası ilə daxil olmuşdur. 1895-ci ildə dünyada ilk dəfə metal
ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır.
O, bu ixtirasına "Bakı qazma sistemi" adı verir. Həmin dəzgahın əvvəlkilərdən
üstünlüyü çox idi. 1890-cı ildə yaratdığı "Podrat qazma" kontoru
Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarında neft
quyularının qazılmasında böyük rol oynamışdır.Bundan əlavə
özünün xüsusi mədənləri də vardı. Elektrik qatarı ilə Bakıdan Buzovnaya gedərkən
Sabunçudan sonra birinci dayanacaq onun adı ilə "Muxtarovka" adlanır.
Bu dayanacağın ətrafındakı bütün neft quyuları vaxtilə ona məxsus idi. Muxtarov
XIX əsrin axırlarında Bibiheybətdə qazma avadanlığı zavodunu işə salır. Zavodun
yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları tikdirir;
bununla da həm işçi qüvvəsini ətrafına toplayır, həm də əlavə gəlir əldə
edirdi. Muxtarov zavodun buraxdığı dəzgah və avadanlığı Rusiyaya və xarici ölkələrə
də satırdı. Təkcə Bakıda yox, Maykop və Qroznı neft mədən sahiblərilə də
müqavilə bağlıyıb quyu qazırdı; zavod və mədənlərlə, konstruktor büroları ilə
texniki və işgüzar əlaqələri vardı; tez-tez Şimali Qafqaza gedirdi. Burada
Muxtarov, generalın dəvətini qəbul edib Vladiqafqaza - evlərinə qonaq gedir. Nəhayət,
generalın ortancıl qızı Liza xanımla evlənib, qohum olurlar.Liza xanımla Avropa
səyahətinə gedirlər. Venetsiyadakı binaların arxitekturası Muxtarovu valeh
edir. Və onlara oxşar bir sarayı Bakıda bir il ərzində (1911-1912) inşa
etdirir. Sarayın hər sütünü, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin
hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisidir. Sarayı arxitektor Ploşko
fransız qotik üslubunda layihələşdirib. M. Muxtarov bizə əzəmətli binalar miras
qoyub getmişdir. Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində
və Avropanın bəzi ölkələrində hazıradək hifz olunub qalmış bir çox binalar onun
adı ilə bağlıdır. 1910-cu ildə Əmircan kəndində
tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz
oxşayır. 1913-cü ildə Abşeronun qumsal dəniz sahilində mayaq qülləsi, Mərdəkanın
Pirhəsən adlanan yerində Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz,
Vladiqafqaz şəhərində məscid, Kislovodskda, İtaliyanın Florensiya şəhərində
mövcüd olan gözəl, yaraşıqlı binalar M. Muxtarovun pulu ilə tikilmişdir. Muxtarov
Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərində yaxından iştirak edir və
maddi köməyini əsirgəmirdi. Təbiətcə çox məğrur olan bu şəxsin həyatı faciə ilə
bitmişdir. Bakıda Aprel inqilabının ilk günləri idi. Bu günlərdən birində
Muxtarov Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Muxtarov) küçələrinin
tinindəki mənzilinə iki silahlı hərbçi gəlir. Muxtarov qapını açıb, onları
gördükdə atəş açıb, onlardan birisini öldürür, ikinci gülləni də öz alnına
çaxır. Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət sarayın
qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində yaşayır. Xaricə qaçmaq məqsədi
ilə bir türk paşasına ərə gedib, Türkiyəyə qaçır və zənn edir ki,
xilas oldu, amma onun məşəqqətli həyatı sonradan başlayır. Bəzi mənbələrdə qeyd
edilir ki, Liza xanım 1950-ci illərdə Parisdə vəfat edir, amma onun məzarının
yerləşdiyi yer barədə heç bir məlumat yoxdur.
1875-cu
ildə
Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev
Nobel" – Nobel Qardaşları şirkətini yaradırlar. Az müddətdə Nobel
qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar
alır və
xeyli kapitala yiyələnirlər. (1879 ilində İmparator II. Aleksandr
tərəfindən
“Branobel” telgraf ünvanlı “Nobel Qardaşlarının Neft İstehsalı Hissədar
Ortaqlığı ” tesis edilmidir). Qurucuları (təsisçiləri) Robert, Ludwig
ve
Alfred (1833-1896 illərində) Nobel ve baqaları olan firmanın əsas
sərmayəsi fəaliyyətinin
birinci ilində 3 milyon rubla çatdı. Firma neft yatağının müəyyən
edilməsindən son neft məhsullarının satışına
qədər qardaşların idarəetməsində idi. 1900-ci
illində “Nobel Qardaşları” şirkətinin və Rotshildin “Xəzər-Qaradəniz
Cəmiyyətinin”
hissəsinə hasılatın %21-i və Bakıdan neft ixracatının %40-i uyğun
gəlirdi. Eyni ilın əvvəllərində 6 ən böyök neft
emalı fabriki kerosin ehtiyacının %44-I
qarşılarkən, bunun %22-dən çoxu sadcə “Nobel qardaşları” firmasına aid idi.
1914-1917-ci
illərində
“Nobel qardaşları” firması 30 milyon rubul. əsas sərmayəyə, 13-dən çox
fabrikə ( 6 neft fabrikinə) sahib idi. 1916-ci ilində onun əsas
neft hasilatı isə 76 milyon pul
neft olmuşdur. Beləcə, hazırda dünyanın ən möhtəbər mükafatı
olan Nobel mükafatının mühüm qismini Bakı neftindən əldə edilmiş sərmayə
ilə ödəyirdi. Nobel mükafatının məbləği təxminən 1,3 mln.
dollara bərabərdir.
Rotşild Qardaşları
Parisdə
Bank ortaqları olan Rotşild qardaşları 19-cu yüzilliyin 70-ci illərinin
sonundan etibarən Rusiya neft (petrol) mədənləriylə maraqlanırdılar. Yalnız 16
may 1883-cü ilində iflas etmiş Batumi Petrol Sənayesi ve Ticarət Cəmiyyəti nəzdində
Bakıda yeni firmanın – “Xəzər-Qaradəniz
Petrol Sənayesi və Ticarət Cəmiyyəti” (“Xəzər-Qaradəniz Cəmiyyəti” adlanacqdır) təsis edildi.
Firma təsis edildiği tarixden etibarən, 135 kiçik ve orta müəssisədən
Rusiyaya ve xarici ölkələrə göndərmək üçün kerosin alaraq fəaliyətini sürətləndirdi
. Üstəlik Rotshildlər ağ neftin
satışıyla bağlı müqavilələri bəlli razılaşmalarla imtiyazlı şərtərə
bağlayırdı, bu da aşağıdaki nəticələri yaradırdı: 1884-cü ilində firma tərəfindən
Bakıdan xaricə daşınmış məhsulun miqdarı 2,4 milyon pud idi. 5 il sonra bu rəqəm
orta hesabla 30 milyon puda çatmışdır. Rotşildlərin məhşurlaşması üçün Bakıdan
Antverpenə kerosin daşıyan “Fergüsson” neft qatarı mühüm rol oynamışdır. Daha sonralar kerosin
Londonada tədarük edilirdi (“Fergüsson” gəmisi İsveçrədəki Motala şəhərində
fabrikdə inşa edilmidi; əvvəllər bu fabrikdə Nobellərin “Zərdüşt” gəmisi inşa
edilmişdi). Rotshildler Rusyada 6 milyon altın pula ve 25 milyon frank illik
sermayeye sahip olmaqla fəal surəttə işə başladılar.
No comments:
Post a Comment