Saturday, May 26, 2012

Azərbaycanın neft milyonçularının tikdirdiyi binalar


Əsas məsələ pulu qazanmaqda deyil, onu xərcləməkdədir.
                                                                                       (B.Franklin)


(H.Z.Tağıyevin evi) Milli Azərbaycan Tarixi Muzeyi.

 Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilmiş və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul etmişdir.





İsmayiliyyə binası

İstiqlaliyyet 10 ünvanında yerləşir. Ağa Musa Nağıyev vərəm xəstəliyindən erkən vəfat etmiş oğlu İsmayılın şərəfinə tikdirib. Binanın layihəsi 1907-ci ildə, əsası 1908-ci ildə qoyulub. 5 ildən sonra 1913-cü ildə bina hazır olur. Venesiya qotikası üslubunda tikilmiş “İsmailiyye” binasının memarı İ.K. Ploşko olub.


Tağıyevin tikdirdiyi Qızlar məktəbi.

 Qızlar Məktəbinin binasında isə indiki Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondu yerləşir.


H.Z.Tağıyev teatrının binası. 
 1983-də tikilib.


Mərdəkan dendrarisi -bina  Muxtarov tərəfindən memar Ploşkonun layihəsi əsasında inşa etdirmişdir. Deyilənlərə görə, bu bağ evi sözün həqiqi mənasında cənnəti xatırladırmış. Qədim dünyanın yeddi möcüzəsindən biri olan “Semiramidanın asma bağları”na bənzər nadir və təkrarsız bir gözəlliyi M.Muxtarov doğma vətənində yaratmışdır.
Sonralar - 1965-ci ildə adı dillər əzbəri olan bu bağ Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutuna, daha sonralar isə AMEA-nın dendrarisinə çevrilib. Dendrari yunan dilində işlənən “dendra” sözündən götürülüb, mənası “nadir ağaclar məskəni” deməkdir.
Maraqlıdır ki, bizi valeh edən bir çox filmlər - “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Qorxma mən səninləyəm”, “Dərviş Parisi partladır”, “Başsız atlı” və sair məhz bu bağda çəkilib.




Səadət sarayı

Məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez - tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venetsiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" - deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza heç nə demir.
Bakıya qayıtdıqdan sonra milyonçu Venetsiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir. 1912 - ci ildə binanın tikintisi başa çatır.


Akademik Opera və Balet Teatrı

Milyonçu  Mayılov  tərəfindən cəmi on ay ərzində - 1910 - 1911 - ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi qotik uslublu teatr binası hazır olur.  1928 - ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959 - cu ildən Akademik Opera və Balet Teatrı adlanır.


Muxtarov məscidi


15 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. На фото не театр Тагиева, а здание Бакинской Городской Думы. Тагиевский театр находился на месте современного театра Музкомедии и был построен в 1883 году...

    ReplyDelete
  3. Maraqli melumatlara gore saq olun,amma bu cox cuzidir, etrafli xahiw edirem, paylasardiz yene bele melumatlari, en cox da esrin evvellerinde tikilen gozel ve ezemetli binalarin sekillerini.....

    ReplyDelete
  4. Maraqli melumatlara gore saq olun,amma bu cox cuzidir, etrafli xahiw edirem, paylasardiz yene bele melumatlari, en cox da esrin evvellerinde tikilen gozel ve ezemetli binalarin sekillerini.....

    ReplyDelete
  5. Men bu sayti cox beyendim

    ReplyDelete
  6. Cox maraqli melumatlar idi.Bu saytdan cox sey oyrendim

    ReplyDelete
  7. Zehmagdhdjxvjx sjxbebxjebxhhsbuehdbjf

    ReplyDelete
  8. Guzel devami varmi acaba? Superrrrr

    ReplyDelete